Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub

Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub Müşahidə altında tutulan 67 yaşlı şəxsin səhhəti yaxşıdır
Sağlamlıq
23 Mart , 2016 13:52
Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub

Bakı. 23 mart. REPORT.AZ/ Banqladeşdə Zika virusuna yoluxan ilk şəxs müəyyən olunub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zahid Malikə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 67 yaşlı bir nəfərdə Zika virusu aşkar edilib. Nazir müşahidə altında tutulan şəxsin səhhətinin yaxşı olduğunu qeyd edib.

Məlumatda o da bildirilir ki, virusun daşıyıcısı olan şəxs ölkənin cənubunda yerləşən Çitaqonq şəhərində yaşayır və daha əvvəl ölkədən kənara çıxmayıb.

Son xəbərlər

Orphus sistemi