Yuxarı
    Bağlamaq

    “Baku Medical Plaza”da əcnəbi vətəndaşın əməliyyat zamanı ölümünün təfərrüatı açıqlanıb - YENİLƏNİB

    Bakı Şəhər Prokurorluğu və əməliyyatı həyata keçirən həkim açıqlama verib

    Bakı Şəhər Prokurorluğu və əməliyyatı həyata keçirən həkim açıqlama verib

    *** ilk xəbər saat 09:41-də yayımlanıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıdakı “Baku Medical Plaza” xəstəxanasında baş verən ölüm hadisəsinin təfərrüatı məlum olub.

    Bakı Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, hadisə “Baku Medical Plaza”nın Xətai rayonunda yerləşən Babək filialında deyil, Nəsimi rayonundakı Mərkəz filialında qeydə alınıb. Məlumata görə, İraq vətəndaşı 1990-cı il təvəllüdlü Hasan Hamza Abbaoot tibb mərkəzinə dekabrın 10-da daxil olub və səhəri günü əməliyyat zamanı dünyasını dəyişib.

    Əməliyyatı həyata keçirən ürək-damar cərrahı, fleboloq Özgür Kocamaz da “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, xəstə İraqdan Azərbaycana əməliyyat olunmaq üçün gəlib: “Onun ürək damarlarında anadangəlmə problem olub. Xəstə İraqda ürək əməliyyatı üçün normal həkimi olan xəstəxana tapmayıb. Məhz Azərbaycanda iş adamı onun qohumu olduğundan bizim xəstəxanaya onun yaxını müraciət edib. Qohumu vasitəsilə mənə müraciət etdilər və Hasan Hamza Abbaoot ilə görüşümüz oldu. Sonra onu ilkin müayinə etdik. Açıq ürək əməliyyatı başlanıldı. Gecə saat 3-ə qədər aparılan əməliyyat zamanı o, dünyasını dəyişdi. Xəstə klinikaya gələrkən hər 10 metrdən bir dayanaraq təngənəfəs olduğunu deyirdi. Bu da onun doğuşdan ürəyində yaranan damar sıxlığının olması ilə bağlı idi”.

    Ö.Kocamaz onuda qeyd edir ki, xəstənin ölümündən sonra hüquq-mühafizə orqanın əməkdaşlarına müraciət edilib.

    Meyit Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Hasan Hamza Abbaootun nəşi bu gün İraqa yola salınacaq.

    Ölümün səbəbləri Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi