Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb

Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb Zirzəmisi su ilə dolu olan binalara daha çox Qaradağ və Xətai rayonlarında rast gəlinir
Sağlamlıq
17 Avqust , 2016 12:41
Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb

Bakı. 17 avqust. REPORT.AZ/ "Bu ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəmi aşkarlanıb".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin zirzəmilərin bir hissəsinə kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində su dolub, digər hissəsini isə qrunt suları basıb. 

Mərkəzin şöbə müdiri qeyd edib ki, zirzəmilərdən götürülən su nümunələri qurumun laboratoriyalarında analiz olunur: "Suyun mənşəyini aydınlaşdırmaq və hansısa xəstəliklərə səbəb olub-olmadığını araşdırmaq bizim işimizdir. Analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndəririk".

Z.Kazımov deyib ki, bu kimi hallar Bakının əksər rayonlarında qeydə alınır: "Ən çox Qaradağ və Xətai rayonlarında su yığılan zirzəmilərə rast gəlinir. Belə hallar daha çox 9 mərtəbəli hündür binaların zirzəmilərində müşahidə olunur. Hansı ki həmin binalar SSRİ vaxtında inşa olunub və orada demək olar ki, indiyə qədər kommunikasiya xətlərinin təmiri aparılmayıb".

Son xəbərlər

Orphus sistemi