Nazirlik: Bakıda yataqxanada yanğın zamanı xəsarət alan 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir

Nazirlik: Bakıda yataqxanada yanğın zamanı xəsarət alan 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir Bakı. 7 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan iki nəfərin müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir.
Sağlamlıq
7 Mart , 2019 12:59
Nazirlik: Bakıda yataqxanada yanğın zamanı xəsarət alan 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir

Bakı. 7 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan iki nəfərin müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. 

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, vəziyyəti stabil olan iki şəxsin müalicəsi üçün lazımi tədbirlər görülür.

Onların da sabah evə buraxılması gözlənilir.  

Qeyd edək ki, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub. 

Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüb. 5 nəfər isə tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-ü martın 6-da evə buraxılıblar. 

Son xəbərlər

Orphus sistemi