Yuxarı
    Bağlamaq

    Şöbə müdiri​: "Bakıda qanunsuz çayxanalar fəaliyyət göstərir"

    Ziyəddin Kazımov: Onlar heç bir dövlət orqanında qeydiyyatdan keçmirlər

    Bakı. 29 avqust. REPORT.AZ/ "Bakıda heç bir dövlət orqanında qeydiyyatdan keçməyən çayxanalar fəaliyyət göstərir". Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyədin Kazımov deyib. 

    Onun sözlərinə görə, qanunsuz çayxanalar daha çox mövsümi fəaliyyət göstərənlərdir: "Qanunsuz çayxanalar heç bir şəraiti olmayan yerlərdə fəaliyyət göstərirlər. İlk növbədə onların bu fəaliyyətlə məşğul olması üçün mütləq dövlət orqanlarının razılıq sənədi olmalıdır. Mövsümi obyektlər də bütün sanitar-gigiyenik tələblərə cavab verməlidir. Lakin təəssüflər olsun ki, heç bir dövlət orqanında qeydiyyatdan keçməyən qanunsuz çayxanalar mövcuddur. Biz onlar haqqında vətəndaşların ərizə ilə müraciət etməsindən və ya yerli icra hakimiyyəti orqanının Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məktub göndərməsindən sonra qərar verə bilirik". 

    Şöbə müdirinin sözlərinə görə, müraciətlər əsasında mərkəz Ədliyyə Nazirliyinin vahid reyesteri sisteminə daxil olur və yalnız bundan sonra həmin obyekt haqqında qərar verilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi