Yuxarı

​Bakıda qadın məsləhətxanaları və uşaq poliklinikalarının sayı azaldılıb

Xidmət mərkəzlərindəki hamilə və zahı qadınlar üçün çarpayıların sayı da azalıb

Bakı. 18 mart. REPORT.AZ/ 10 il əvvəllə müqayisədə Bakı şəhəri üzrə qadın və uşaqlara müalicə-profilaktika xidməti göstərən mərkəzlərin sayında azalma qeydə alınıb.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü ilin sonunda qadın məsləhətxanalarının, uşaq poliklinikalarının və ambulatoriyalarının (müstəqil başqa müəssisələrin tərkibinə daxil olan) sayı 77 olub.

2005-ci ildə isə belə mərkəzlərin sayı 94 olub.

Bu illər ərzində xidmət mərkəzlərinin sayı ən az 2012-ci ildə idi. Belə ki, həmin il məsləhətxana, uşaq poliklinikaları və ambulatoriyaların sayı 65 olub.

Müalicə-profilaktika mərkəzlərində hamilə və zahı qadınlar üçün çarpayıların sayı da azalıb. Belə ki, 2014-cü ildə bu cür mərkəzlərdə çarpayıların sayı 1 108, 2005-ci ildə isə 1 667 olub.

2012-ci ildə bu cür mərkəzlərdə çarpayıların sayı ən aşağı həddə - 962 olub.

İdarənin məlumatına görə, bu sayların azalması səhiyyə sahəsində islahatlar və mərkəzləşdirmənin həyata keçirilməsi ilə bağlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi