Bakıda “Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə keçirilir

Bakıda “Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə keçirilir Aksiya yanvarın 21-dək davam edəcək
Sağlamlıq
19 Yanvar , 2018 12:35
Bakıda “Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə keçirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda “Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə keçirilir. 

Fonddan "Report"a verilən məlumata görə, “Bakı City Hospitalda” baş tutan xeyriyyə aksiyasında yanvarın 18-dən İsraildən gələn tanınmış ortoped-travmatoloq Aleks Qeftler ağır skoleoz, kifoz, onurga əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən xəstələri qəbul edir.

Aksiyada “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və İsrailin “MVI” Tibbi Mərkəzinin direktoru Hedvart Nataşa da iştirak edir. 

Aksiyanın birinci günündə israilli tanınmış ortoped-travmatoloq Aleks Qeftler tərəfindən 50-dən çox vətəndaş müayinə olunaraq bəzilərinə müalicə təyin olunub. 

Bundan başqa, müayinə zamanı orta ağır xəstələrin Bakıda, ağır xəstələrin isə İsraildə əməliyyat olunmaları barədə qərar qəbul olunub.

“Həyat Fondu”nun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşəbbüsü ilə sözügedən xəstələrin əməliyyatı tam olaraq pulsuz aparılır. 

Aksiya yanvarın 21-dək davam edəcək.

Qeyd edək ki, aksiyanın devizi “Yardım et, həyat ver!”dir. Hər bir şəxs “999” qısa nömrəsinə 1 sms göndərmək və ya 1 zəng etməklə yardım gözləyənlər üçün bir ümid çırağı ola bilər. 

Son xəbərlər

Orphus sistemi