Yuxarı
    Bağlamaq

    Bakıda əhaliyə verilən içməli suyun tərkibi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb

    56 şəhər və rayondan götürülən su nümunələrinin 3,7%-də bakterioloji göstəricilər standartların tələblərindən kənara çıxıb© Report/ Orkhan Azim

    Bakı. 21 dekabr. REPORT.AZ/ "Ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub".

    "Report" xəbər verir ki, bunu mərkəzin baş direktorunun müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.

    O bildirib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.

    Mərkəz rəsmisi qeyd edib ki, Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub: "Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi