Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib

Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib Ümumulikdə Kliniki Tibbi Mərkəzə 5 nəfər müraciət edib
Sağlamlıq
28 İyun , 2017 12:48
Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib

Bakı. 28 iyun. REPORT.AZ/ “Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.

Bu barədə “Report”a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: “Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: “Onlar spirtli içkidən zəhərləniblər”.

Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.

Son xəbərlər

Orphus sistemi