Bakıda avtobusların toqquşması zamanı yaralananların adları və diaqnozları məlum olub - SİYAHI

Bakıda avtobusların toqquşması zamanı yaralananların adları və diaqnozları məlum olub - SİYAHI 6 nəfər evə buraxılıb
Sağlamlıq
8 Aprel , 2016 12:30
Bakıda avtobusların toqquşması zamanı yaralananların adları və diaqnozları məlum olub - SİYAHI

Bakı. 8 aprel. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan yaralıların adları və diaqnozları məlum olub. Xəstəxananın qəbul şöbəsindən "Report"a verilən məlumata görə, travmatologiya şöbəsinə yerləşdirilən 1969-cu il təvəllüdlü Fatma Babazadəyə isə sağ bazu oynağının əziyi diaqnozu qoyulub.

50-55 yaşlı naməlum kişi döş qəfəsinin və qarının əzilməsi diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Ambulator müalicəyə buraxılan xəstələr isə aşağıdakılardır:

1987-ci il təvəllüdlü Mehri Əliyeva - sol baldırın əzilməsi

1937-ci il təvəllüdlü Abbas Qurbanov - sağ qaşüstü nahiyənin cırılmış yarası

1940-cı il təvəllüdlü Tamella Qurbanova - alt dodağın cırılmış yarası

1951-ci il təvəllüdlü Gülmərcan Kərimova - hər iki diz oynağının əzilməsi

57 yaşlı Gövhər Zeynalova - döş qəfəsinin əzilməsi

82 yaşlı Əzizə Mirzəyevaya isə sağ baldırın aşağı üçdə birinin qapalı yerdəyişməsi sınığı.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi