Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - YENİLƏNİB

Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - YENİLƏNİB Hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib
Sağlamlıq
6 Sentyabr , 2016 15:18
Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan və 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilənlər arasında hazırda xəstəxanada müalicəsi davam etdirilən şəxslərin adları və diaqnozları məlum olub.

Xəstəxanadan “Report”a verilən məlumata görə, onlar 1983-cü il təvəllüdlü Nuranə Verdiyeva və 1959-cu il təvəllüdlü Sevdiyar Əcalıyevdir.

N.Verdiyevaya burun sümüklərinin qapalı qəlpəli sınığı, burun qanaxması, Sevdiyar Əcalıyeva isə hər iki baldırın yuxarı üçdə birinin ön səthinin sıyrılmış yarası, sol diz oynağının əziyi diaqnozu qoyulub.

*** saat 15:06

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, yaralılardan 6 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb: “Digər iki yaralı isə hazırda xəstəxanadadır. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir və lazımi tibbi yardım göstərilir”.

Qeyd edək ki, 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb. Nəticədə sürücü və 8 nəfər sərnişin yaralanıb. Qəzanın baş verməsinə ilkin səbəb kimi avtobusun əyləc sisteminin sıradan çıxması göstərilir.

Son xəbərlər

Orphus sistemi