​Bakıda 40 nəfərdən yuxarı əlil pulsuz tibbi müayinə olunub

​Bakıda 40 nəfərdən yuxarı əlil pulsuz tibbi müayinə olunub Tədbir "Açıq qapı" xeyriyyə aksiyası çərçivəsində baş tutub
Sağlamlıq
15 Fevral , 2016 07:00
​Bakıda 40 nəfərdən yuxarı əlil pulsuz tibbi müayinə olunub

Bakı. 15 fevral. REPORT.AZ/ "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi (ƏSTİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlamlıq Marafonu" çərçivəsində növbəti "Açıq qapı" xeyriyyə aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiya çərçivəsində Bakıda fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində imkansız və əlilliyi olan Quba rayon sakinlərinin təmənnasız tam tibbi müayinəsi reallaşdırılıb.

Aksiya zamanı 40 nəfərdən yuxarı əlilliyi olan şəxs pulsuz olaraq tam tibbi müayinədən keçirilib.

Son xəbərlər

Orphus sistemi