Yuxarı
    Bağlamaq

    Bakıda 26 nəfəri gün vurub

    Onlardan 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib

    Bakı. 9 iyul. REPORT.AZ/ Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, günvurma şikayəti ilə müraciət edən şəxslərdən 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və xəstəxanaya yerləşdirilib.

    Nazirlikdən bildirilib ki, müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilib və evlərinə buraxılıb.

    Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət edən vətəndaşların şikayətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi