Bakı-Sumqayıt yolundakı qəzada yaralananların adları açıqlanıb - SİYAHI

Bakı-Sumqayıt yolundakı qəzada yaralananların adları açıqlanıb - SİYAHI 10 nəfər yaralıdan 3-ü qadın, 7-si isə kişidir
Sağlamlıq
17 Sentyabr , 2015 11:16
Bakı-Sumqayıt yolundakı qəzada yaralananların adları açıqlanıb - SİYAHI

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt şossesində baş verən ağır yol qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərin adları məlum olub. Bu barədə "Report"a xəstəxanadan bildirilib.

Məlumata əsasən, 10 nəfər yaralıdan 3-ü qadın, 7-si isə kişidir: "Yaralıların çoxu hazırda reanimasiya və travmatologiya şöbəsindədir. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Digər 3 yaralının kimliyi isə hələlik müəyyən edilməyib. Onlardan 2-si kişi, biri isə qadındır. Yaralılar arasında uşaq yoxdur".

Xəstəxanadan o da bildirilib ki, yaralıların əksəriyyəti əməliyyat olunur: "Əməliyyatların çoxu amputasiyalardır. Vəziyyəti çox pis olan yaralılar da var. Hazırda xəstəxananın baş həkimi şöbə müdirləri ilə birlikdə xəstələrə baxış keçirir".

Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi