Bakı sakini beşəm dünyaya gətirib, körpələrin hamısı tələf olub

Bakı sakini beşəm dünyaya gətirib, körpələrin hamısı tələf olub Bu, 25 yaşlı qadının ikinci hamiləliyi olub
Sağlamlıq
17 Noyabr , 2016 13:28
Bakı sakini beşəm dünyaya gətirib, körpələrin hamısı tələf olub

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Respublika Perinatal Mərkəzdə beşəm dünyaya gəlib. Onların hamısı tələf olub.

"Report"un xəbərinə görə, bu barədə respublikanın baş mama-ginekoloqu və mərkəzin direktoru Sevinc Məmmədova məlumat verib.

Direktor bildirib ki, bu, 1991-ci il təvəllüdlü Aysel Əzimzadənin ikinci hamiləliyi olub. "O, noyabrın 11-də kəskin qanaxma ilə mərkəzə gətirilib. Müayinə zamanı qadının qaraciyər və böyrəyində problem aşkar edilib. Qadın hazırda mərkəzdə müalicə olunur", - deyə S.Məmmədova əlavə edib.

Son xəbərlər

Orphus sistemi