Yuxarı

Bakı çimərliklərində uşaqlara təhlükə yaradan virusun yayılması barədə xəbərlərə rəsmi münasibət bildirilib

Ölkənin baş pediatrı bu diaqnozla xəstəxanaya müraciət edənlərin sayında artımın müşahidə olunmadığını deyib

Bakı. 11 avqust. REPORT.AZ/ "Bakı çimərliklərində uşaqlar üçün təhlükəli sayılan virusun yayılması xəbərləri əsassızdır və həqiqəti əks etdirmir". Bu barədə "Report"a Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bildirib.

Belə ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, son günlər uşaqlar arasında qusma, ishal, yüksək hərarət və halsızlıq kimi patologiyada artım müşahidə olunur.

Baş pediatr isə bu diaqnozla xəstəxanaya müraciət edənlərin sayında artımın müşahidə olunmadığını deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi