Bakı. 11 avqust. REPORT.AZ/ "Bakı çimərliklərində uşaqlar üçün təhlükəli sayılan virusun yayılması xəbərləri əsassızdır və həqiqəti əks etdirmir". Bu barədə "Report"a Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev bildirib.
Belə ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, son günlər uşaqlar arasında qusma, ishal, yüksək hərarət və halsızlıq kimi patologiyada artım müşahidə olunur.
Baş pediatr isə bu diaqnozla xəstəxanaya müraciət edənlərin sayında artımın müşahidə olunmadığını deyib.