Yuxarı
    Bağlamaq

    Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

    “Təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur”© Report.az

    Bakı. 27 aprel. REPORT.AZ/ “Təhsil müəssisələrinə yaxın yerlərdə qapalı müəssisələr olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir, çünki təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur.

    “Yeniyetmə gənclər də həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik” - deyə, komitə sədri əlavə edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi