Azərbaycanın tibb işçiləri Batumidə beynəlxalq elmi simpoziumda iştirak edəcək

Azərbaycanın tibb işçiləri Batumidə beynəlxalq elmi simpoziumda iştirak edəcək Tədbirdə 100-dək həkimin iştirakı nəzərdə tutulub
Sağlamlıq
1 Aprel , 2017 21:41
Azərbaycanın tibb işçiləri Batumidə beynəlxalq elmi simpoziumda iştirak edəcək

Tbilisi. 1aprel. REPORT.AZ/ Aprelin 6-dan 9-dək Batumi şəhərində “Təcili tibbi yardım və ailə səhiyyəsi” üzrə Azərbaycan, Gürcüstan və Türkiyə həkimlərinin birinci beynəlxalq elmi simpoziumu keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə üç ölkədən 100-dək tibb işçisinin iştirakı nəzərdə tutulub.

Səhiyyə işçiləri, əsasən pasientlərin ən çox üzləşdikləri ürək-damar, resperator, nevroloji xəstəliklər barədə danışacaq, fikir mübadiləsi aparacaqlar.

Həkimlər bu sahələrdə yeni tətbiq olunan standartlar, qaydalar və yeni texnologiyalar barədə təcrübələrini bölüşəcəklər.

Bu tədbir ailə həkimlərinin 2016-cı ildə keçirilmiş beynəlxalq simpoziumunun davamı olacaq. İkinci belə bir simpoziumun gələn il Bakıda keçirilməsi nəzərdə tutulub.

Tədbir Batumi Dövlət Universiteti, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin Ailə həkimi və təxirəsalınmaz tibbi yardım assosiasiyaları tərəfindən birgə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi