Yuxarı

Rayon xəstəxanalarından birinə yeni baş həkim təyin edilib

Bəxtiyar Haqverdiyev indiyədək Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində çalışıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağdam Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Bəxtiyar Haqverdiyev təyin edilib.

B.Haqverdiyev indiyədək Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, B.Haqverdiyevdən əvvəl bu vəzifəni Gülnar Abbasova tuturdu. O, bir müddət əvvəl işdən çıxarılıb.

G.Abbasova son parlament seçkilərində deputatlığa namizəd olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi