Azərbaycanın energetika nazirinin Türkiyədə yerləşdirildiyi xəstəxana məlum olub - YENİLƏNİB

Azərbaycanın energetika nazirinin Türkiyədə yerləşdirildiyi xəstəxana məlum olub - YENİLƏNİB Həkimlər Natiq Əliyevin vəziyyətini sabit kimi qiymətləndiriblər
Sağlamlıq
5 İyun , 2017 19:05
Azərbaycanın energetika nazirinin Türkiyədə yerləşdirildiyi xəstəxana məlum olub - YENİLƏNİB
Report.az

İstanbul. 5 iyun. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulun Florence Nightingale Xəstəxanasına köçürülüb. 

Bu barədə "Report"un Türkiyə bürosuna Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver məlumat verib. 

Onun sözlərinə görə, həkimlər nazirin səhhətinin normal olduğunu bildiriblər. 


saat 15:54

Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər.

Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stentlər qoyulub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 

Son xəbərlər

Orphus sistemi