Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq

Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sağlamlıq
16 Fevral , 2018 18:15
Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 16-da "İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərman ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədi daşıyır. 

Fərmanla icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməli, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilməlidir. Eyni zamanda “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilib.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirmək və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etməli, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirməli, “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilir:

adında, 1-ci və 2-ci hissələrdə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;

2-ci hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.”;

12-ci hissədə “Mingəçevir və Yevlax şəhər icra hakimiyyətlərinə” sözləri “Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Yevlax Şəhər İcra Hakimiyyətinə və Ağdaş Rayon İcra Hakimiyyətinə” sözləri ilə əvəz edilsin.

Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı

Sıra№-si Tədbirin adı İcraçılar İcra müddəti
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ayrılmış maliyyə vəsaitləri nəzərə alınmaqla pilot layihənin büdcəsinin təsdiq edilməsi Agentlik 1 mart2018-ci il tarixinədək
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsinə keçid Agentlik 1 aprel2018-ci il tarixinədək
Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsi Agentlik pilot layihə müddəti ərzində
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının nizamnamələrinin təsdiq edilməsi, publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi, onların strukturunun optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə, əsasında yaradılması və s.), müasir tələblər nəzərə alınmaqla səlahiyyətlərinin genişləndirilməsi Agentlik,Vergilər Nazirliyi 1 mart2018-ci il tarixinədək
Ağdaş rayonunun inzibati ərazisində ilkin səhiyyə xidmətləri göstərən tibb təchizatçılarının fəaliyyətinin təkmilləşdirilməsi, həmin tibb təchizatçılarının maddi-texniki və kadr potensialının gücləndirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi Agentlik 1 iyun2018-ci il tarixinədək
Ağdaş rayonunun inzibati ərazisində təcili və təxirəsalınmaz tibbi yardımın (bundan sonra – TTTY) gücləndirilməsi, o cümlədən maddi-texniki bazasının yaxşılaşdırılması, TTTY postlarının ərazi üzrə yerləşməsinin optimallaşdırılması, habelə Agentliyin tabeliyində olan tibb təchizatçısının ərazisində stasionar TTTY xidmətinin təkmilləşdirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi Agentlik 1 iyun2018-ci il tarixinədək
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçıları üçün elektron informasiya sistemlərinin (proqram təminatı, rabitə və təhlükəsizlik sistemlərinin) qurulması, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin sistemlərin təkmilləşdirilməsi Agentlik 1 iyun2018-ci il tarixinədək
Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın pilot layihə çərçivəsində elektron qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə elektron portalın yaradılması Agentlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1 iyun2018-ci il tarixinədək
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində elektron portalın fəaliyyətinin təmin olunması üçün işlərin davam etdirilməsi Agentlik,Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi,

Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

pilot layihə müddəti ərzində
10. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə üzrə maliyyə xərclərinin təhlili və bu barədə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirliklərinə məlumat verilməsi Agentlik hər rüb üzrə
11. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin nəticə və göstəricilərinə əsasən icbari tibbi sığortanın 2019-cu ildə ölkə miqyasında tətbiqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Agentlik,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1 sentyabr 2018-ci il tarixinədək
12. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının hesabatlılığının gücləndirilməsi və tibbi statistik məlumatların tamlığının təmin edilməsi Agentlik pilot layihə müddəti ərzində
13. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun keyfiyyət indikatorlarının tətbiq edilməsi və tibbi statistik məlumatların həmin indikatorlara uyğun işlənilməsi Agentlik pilot layihə müddəti ərzində
14. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi Agentlik pilot layihə müddəti ərzində
15. Pilot layihənin yekunlarına dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Agentlik 1 mart 2019-cu il tarixinədək

Son xəbərlər

Orphus sistemi