Azərbaycanın bölgələrində Aşura ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO

Azərbaycanın bölgələrində Aşura ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO Ölkənin əksər bölgələrində, o cümlədən Gəncə şəhərində və Ağsu rayonunda Aşura günü ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilir.
Sağlamlıq
10 Sentyabr , 2019 11:19
Azərbaycanın bölgələrində Aşura ilə bağlı qanvermə aksiyası keçirilir - FOTO

Ölkənin əksər bölgələrində, o cümlədən Gəncə şəhərində və Ağsu rayonunda "Aşura" günü ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilir.

"Report"un Qərb Mərkəzinin və Yuxarı Şirvan bürosunun məlumatına görə, Gəncə şəhərində keçirilən aksiya İmamzadə Kompleksində baş tutub. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BayramovMilli Məclisin deputatı Naqif Həmzəyev və şəhər ictimaiyyəti iştirak edib. 

Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş tutan qanvermə aksiyasında dindarlar və  ictimaiyyət nümayəndələri fəal iştirak edirlər. Aksiyada gün ərzində 200 nəfərin qan verməsi nəzərdə tutulur.

Qeyd edək ki, Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək və onlara mənəvi dəstək olmaqdan ibarətdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Son xəbərlər

Orphus sistemi