Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb

Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb Sevinc Məmmədova: “Gənc analar tez-tez hamiləliyin başa çatdırılmaması problemi ilə üzləşirlər”
Sağlamlıq
21 Fevral , 2017 13:42
Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova erkən nikah nəticəsində qadınlarda hamiləliyin fəsadlarından danışıb.

“Report” xəbər verir ki, S.Məmədova son illər ölkədə erkən nikahların sayının azaldığını bildirib.

O, buna səbəb kimi gənc Azərbaycan qızlarının oxumağı, karyera qurmağı üstün tutmalarını göstərib. 
Erkən nikahların sağlamlığa ziyanına gəlincə, mütəxəssis qeyd edib ki, gənc analar tez-tez hamiləliyin başa çatdırılmaması problemi ilə üzləşirlər: “Çünki gənc anaların bədənləri, qaraciyər, böyrək, qan-damar sistemləri mükəmməl olmadığı üçün onların hamiləliyinin qorunub saxlanılması və sona kimi çatmasında müəyyən problemlər müşahidə olunur”.

S.Məmmədova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır: “Belə olanda gənc analar mövcud problemləri daha az yaşayırlar”.

Son xəbərlər

Orphus sistemi