Yuxarı
    Bağlamaq

    Azərbaycanın baş cərrahı işdən çıxmaqla bağlı ərizə yazıb - FOTO

    Əməkdar həkim əməliyyatların çoxluğunu əsas gətirib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb. "Report"un sorğusuna cavab olaraq ATU-nun mətbuat xidməti məlumatı təsdiqləyib.

    Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: "Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq".

    Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə - Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.

    Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə Dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, "Tərəqqi" medalı ilə təltif olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi