​Azərbaycandan bəzi xəstələr Türkiyəyə müalicəyə göndəriləcək

​Azərbaycandan bəzi xəstələr Türkiyəyə müalicəyə göndəriləcək Türkiyənin özəl tibb mərkəzi 15 ölkənin müvafiq şirkətləri arasında qalib olub
Sağlamlıq
19 Mart , 2015 18:19
​Azərbaycandan bəzi xəstələr Türkiyəyə müalicəyə göndəriləcək

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını müalicə almaq üçün Türkiyəyə yollayacaq. Bu məqsədlə nazirlik Tükiyənin Dənizli şəhərinin Pamukkale rayonunda yerləşən özəl tibb mərkəzi ilə 5 illik müqavilə imzalayıb. 

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, azərbaycanlı xəstələr artıq bu ildən etibarən dünyada termal mərkəz kimi tanınan Pamukkaledə müalicəyə başlaya biləcəklər.

Məlumatda xatırladılıb ki, termal tibb mərkəzlərinin axtarışlarında olan Azərbaycan əvvəllər xəstələrini Ukraynaya göndərirdi. Lakin Ukraynada son zaman baş verən qarşıdurmalarla bağlı Azərbaycan Səhiyyə Nazirliyi yeni müalicə mərkəzləri axtarışına keçib.

Bu məqsədlə Azərbaycan tender keçirib. Türkiyənin özəl tibb mərkəzi 15 ölkənin müvafiq şirkətləri arasında qalib olub.

Azərbaycandan olan xəstələr gələn həftədən etibarən qrup şəklində Pamukkaledə müalicəyə başlayacaqlar.

Qeyd edək ki, Pamukkaledə insanlar 15 gün, 2 ay, 3 ay müddətində müalicə almaq imkanına malikdirlər. Termal sularla müalicə təklif edən tibb mərkəzində qırmızı və bəyaz sudan, bölgəyə xas palçıqdan istifadə olunur. Burada əsasən dermatoloji, daxili və sinir xəstəlikləri müalicə edilir.

Son xəbərlər

Orphus sistemi