Yuxarı
    Bağlamaq

    Azərbaycanda yenidoğulanlar anadangəlmə və irsi xəstəliklərə görə müayinə olunacaqlar

    Bu məsələ Səhiyyə Nazirliynin strategiya planında yer alıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycanda yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqinin aparılması nəzərdə tutulur".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

    N.Quliyev bildirib ki, bu məsələ Səhiyyə Nazirliynin strategiya planında yer alıb: "Bu, sadə məsələ deyil. Bütün yenidoğulanların hamısını tək-tək müayinə edilməsi böyük vəsait tələb edir. Çünki ölkədə hər il 170-175 min körpə dünyaya gəlir. Bütün uşaqların hamısının müayinə edilməsi çətindir. Hansı ki, bu müayinələr sadə deyil".

    N.Quliyev qeyd edib ki, irsi genetik müayinələri aparmaq üçün ən azı gen səviyyəsində molekulyar bioloji üsulları tətbiq etməklə müayinələr aparılmalıdır: "Bütün məsələlər planda var. Plan hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrənilib. Yəqin ki, yenidoğulan uşaqların bir-bir skrininqi mümkün olacaq. Bu gün genetik skrininq yalnız bəzi özəl və təsərrüfat xarakterli tibb müəssisələrində aparılır. Çünki, bu iş çox maliyyə vəsaiti tələb edir. Halbuki, irsi xəstəliklərin elə növü var ki, onun müayinəsi üçün yenidoğulan uşaqların hamısı yoxlanmalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi