Azərbaycanda xəstə ilə bağlı məlumatlar elektron formada qeydiyyata alınacaq

Azərbaycanda xəstə ilə bağlı məlumatlar elektron formada qeydiyyata alınacaq Bu məqsədlə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb
Sağlamlıq
6 Yanvar , 2017 12:08
Azərbaycanda xəstə ilə bağlı məlumatlar elektron formada qeydiyyata alınacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ "Bakıdakı təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb". 

"Report" xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə qurumun yekun hesabatına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən il stansiya sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürüb: "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. Bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq".

M.Mirzəzadə bildirib ki, stansiyaya edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə də müraciət olunub: "Hazırda bu təklif araşdırılır. Çünki bəzən çağırış edən şəxs öz ünvanını dəqiq deyə bilmir. Bu da öz növbəsində tibbi briqadanın çağırış ünvanını müəyyənləşdirməsinə çətinlik yaradır. Belə olanda da biz çağırışçılara kommunal xidmətlərin qəbzlərinin üzərindəki ünvanları bizə demələrini xahiş edirik".

Son xəbərlər

Orphus sistemi