Azərbaycanda uşaqların icbari dispanserizasiyasının nəticələri açıqlanıb

Azərbaycanda uşaqların icbari dispanserizasiyasının nəticələri açıqlanıb 39 rayon üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib
Sağlamlıq
31 Mart , 2016 11:22
Azərbaycanda uşaqların icbari dispanserizasiyasının nəticələri açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ "Keçən il respublikanın 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunlardan sağlamlıq imkanları məhdud uşaqlar 9 237, valideyn himayəsindən məhrum uşaqlar 574, cəzaçəkmə müəssisəsində olan uşaqlar 24 nəfər təşkil edib". "Report"un məlumatına görə, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev Azərbaycanda uşaqların icbari dispanserizasiyasının monitorinqinin nəticələri barədə hesabatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, uşaqların sağlamlıq qrupları üzrə bölünməsinə gəlincə, I qrup üzrə 457 618, II qrup 211 953, III qrup 31 867, IV qrup üzrə 17 430, V qrup üzrə isə 12 087 nəfər olub.

Ölkənin baş pediatrı onu da qeyd edib ki, icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039-da qan və qanyaradıcı orqanların xəstəlikləri, 3 121 nəfərdə mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2 687-də endokrin sistemi xəstəlikləri, 2 617-də həzm sistemi xəstəlikləri, 2 452-də göz və göz aparatının xəstəlikləri, 1 954-də ürək qan-damar sistemi xəstəlikləri, 1 386 -da dayaq-hərəkət sistemi xəstəlikləri, 931-də sidik-cinsiyyət sistemi xəstəlikləri, 722-də dəri və dərialtı toxumanın xəstəlikləri, 134-də psixi və davranış pozuntuları, 53-də isə onkoloji xəstəliklər aşkar olunub.

"İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. Region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub. "Azərbaycanda uşaqların icbari dispanserizasiyası" haqqında qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yenidoğulan və 3 yaşına qədər uşaqlar ildə bir necə dəfə, 3 yaşınfan böyük uşaqlar isə il ərzində kompleks müayinələrə cəlb olunurlar. 2015-ci ilin məlumatına görə, ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb" -  deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi