Azərbaycanda uşaq dərman şirəsində şüşə qırıqları aşkarlanıb

Azərbaycanda uşaq dərman şirəsində şüşə qırıqları aşkarlanıb Eyyub Hüseynov: "Avromed" şirkəti məsələ ilə bağlı hələ heç bir tədbir görməyib"
Sağlamlıq
18 Avqust , 2015 11:42
Azərbaycanda uşaq dərman şirəsində şüşə qırıqları aşkarlanıb

Bakı. 18 avqust. REPORT. AZ/ Azərbaycan ərazisində apteklərdə uşaqlar üçün satılan Almaniya istehsalı "Helian" dərman şirəsində şüşə qırıqları aşkar edilib. "Report " xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı bu preparatın idxalçısı olan "Avromed" şirkətinin rəhbərliyi ilə görüş keçirilsə də, hələ heç bir nəticə əldə olunmayıb: "Bu dərmanın partiyası geri çağırılmadır. Biz hətta Səhiyyə Nazirliyinə müraciət etdik, amma bu vaxta kimi heç bir tədbir görülməyib". 

E.Hüseynov hesab edir ki, normalda bu cür hallar aşkar edildikdə, bu məhsullar geri çağrılmalıdır, bunun üçün xüsusi qaydalar olmalıdır. Birlik sədri təəssüflə ölkədə bu sahədə istehlakçıların hüquqlarını qoruyan effektli mexanizmlərin olmadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi