Azərbaycanda tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək

Azərbaycanda tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək Məcəlləyə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub
Sağlamlıq
3 Mart , 2016 14:31
Azərbaycanda tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda ixtisaslaşmış tibbi yardımı düzgün şəkildə həyata keçirməyənlər 500 manat məbləğində cərimə ediləcək. "Report"un məlumatına görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinin vətəndaşların hüquqlarının pozulması haqqında 215-ci maddəsinə yeni məzmunda 215.3-cü bəndin əlavə edilməsi təklif edilib.

Əlavəyə görə, ixtisaslaşmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulan qaydada göstərilmədiyinə görə 500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Məcəlləyə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi