Yuxarı

Azərbaycanda tibbi-genetik laboratoriya yaradılacaq

Bu məqsədlə aidiyyəti qurumlara tövsiyələr göndəriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda tibbi-genetik laboratoriya yaradıla bilər.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, məqsəd irsi qan xəstəliklərinin erkən diaqnostikasını aparmaqdır.

Ombudsman Aparatı bu məqsədlə aidiyyəti qurumlara tövsiyələr göndərəcək.

"Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni evlənənlərin tibbi müayinədən keçməsi sayəsində gənclərdə nikahdan qabaq yaranmış olan bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rolu olduğu kimi, irsi qan xəstəliklərinin də erkən diaqnostikası vacib məsələdir", - Ombudsman Aparatından bildirilib.

Xatırladaq ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburidir. Bu dəyişikliyin tətbiqi 2015-ci il yanvar ayının 1-nə nəzərdə tutulsa da, vaxt məhdudluğu baxımından sənədin qüvvəyə minməsi iyun ayının 1-nə qədər təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi