Azərbaycanda təkrar sertifikasiyadan keçən tibb işçilərinin sayı məlum olub

Azərbaycanda təkrar sertifikasiyadan keçən tibb işçilərinin sayı məlum olub Şöbə müdiri: "İl ərzində sertifikasiyadan kəsilənlərin sayı ümumi iştirakçıların 10-11 faizini təşkil edir"
Sağlamlıq
30 Avqust , 2017 12:27
Azərbaycanda təkrar sertifikasiyadan keçən tibb işçilərinin sayı məlum olub
Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycanda təkrar sertifikasiyadan keçən tibb işçilərinin sayı açıqlanıb. 

"Report"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiya şöbəsinin sənəd qəbulu və qeydiyyatı bölməsinin müdiri Müşgünaz Şahmuradova məlumat verib. 

Onun sözlərinə görə, ötən ildən başlayaraq respublikada tibb işçilərinin resertifikasiya (5 ildən bir təkrar sertifikasiyası) mərhələsi başlayıb: "Ali tibb işçilərinin təkrar sertifikasiyasına 2016-cı il yanvarın 1-dən başlanılıb. Həmin müddətdən bu günə kimi ali tibb işçisinə sertifikasiyada iştirak etmək üçün 8358 həkimə buraxılış verilib. Onlardan 6452 nəfəri sertifikasiyadan keçərək şəhadətnamə alıb. Onlardan 3597-si təkrar sertifikasiyasıdan keçənlərdir. Orta tibb işçilərinin resertifikasiyası isə bu ilin yanvar ayından keçirilib. 18406 orta tibb işçisinə resertifikasiyadan keçmək üçün buraxılış verilib. Onlardan 14557 nəfəri sertifikasiyadan uğurla keçərək səhadətnamə qazanıb. Sertifikasiyadan keçənlərin 1098 nəfəri təkrar sertifikasiyada iştirak edənlərdir". 

Şöbə müdiri bildirib ki, il ərzində sertifikasiyadan kəsilənlərin sayı ümumi iştirakçıların 10-11 faizini təşkil edir.

Son xəbərlər

Orphus sistemi