Yuxarı
    Bağlamaq

    Azərbaycanda stasionar şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı azalır

    Keçən il 28 böyük cərrahi əməliyyat aparılıb

    Bakı. 3 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri isə 5-15 yaşlı uşaqlardır. Bu da onu göstərir ki, ümumi xəstələtin 22,5 faizi 1-15 yaşlı uşaqlardır".

    "Report"un məlumatına görə, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemofiliya mövzusuna dair dəyirmi masada çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, ildən-ilə stasionar şəraitdə müalicə olunan xəstələrin sayı azalır, ev və ambulator şəraitdə müalicələrin sayı artır ki, bu da yaxşı göstəricidir: "Azərbaycanda ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2008-ci illə müqayisədə artıb. Belə ki, 2008-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 980, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 577 olubsa, 2015-ci ildə ambulator şəraitdə müalicə olunan hemofiliyalı xəstələrin sayı 2 482, stasionar şəraitdə müalicə olunan xəstələrin sayı 310 olub".

    E. Qədimova onu da qeyd edib ki, hazırda mərkəzdə 20 nəfər ağır inhibitorlu (dərəcə) xəstə var: "Bundan başqa, 2015-ci ildə 28 böyük cərrahi əməliyyat aparılıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi