Azərbaycanda reseptləri düzgün yazmayan 11 həkim cəzalandırılıb

Azərbaycanda reseptləri düzgün yazmayan 11 həkim cəzalandırılıb "15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib"
Sağlamlıq
6 Avqust , 2015 16:02
Azərbaycanda reseptləri düzgün yazmayan 11 həkim cəzalandırılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirləri gücləndirib. Aparılan cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib, cərimələr tətbiq olunub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Reseptlərin düzgün yazılmamasına görə 11 həkim barəsində inzibati tədbirlər görülüb.

"Səhiyyə Nazirliyi ölkə başçısının tapşırığı ilə dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi