Yuxarı

Azərbaycanda qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı artıb

Qadınlar arasında bədxassəli yenitörəmələr xəstəliyində də artım müşahidə olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda sonsuz qadınların sayında artım qeydə alınıb. 

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən il ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələr arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 314 nəfər olub.

Bu da ölkə üzrə qadınların hər 100 min nəfərinə 48,4 nəfər düşdüyü deməkdir.

Qadın sonsuzluğundan əziyyət çəkənlərin göstəricisi 2014-cü ildə 2 294 nəfər olub. Son bir ildə 18 nəfər qadın da məhz bu xəstəliyə tutulub.

Bundan başqa, qadınlar arasında bədxassəli yenitörəmələr xəstəliyində də artım müşahidə olunub. Belə ki, ötən il adıçəkilən xəstəlikdən 5 216 (2014-cü ildə 4 930 nəfər) qadın əziyyət çəkib.

Qeyd edək ki, statistika 15-49 yaş arası qadınlara görə hesablanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi