Azərbaycanda psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir

Azərbaycanda psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir Layihə barədə komitə sədri Əhliman Əmiraslanov məlumat verib
Sağlamlıq
29 Mart , 2016 11:49
Azərbaycanda psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda psixi xəstənin psixiatriya stasionarından çıxarılma qaydası dəyişdirilir. "Report"un məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin 29-cu maddəsinin 29.3-cü bəndinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində (mövcud: məhkəmə qətnaməsi ilə barəsində) tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.

Layihə barədə məlumat verən komitə sədri Əhliman Əmiraslanov deyib ki, bu dəyişiklik "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır: "Burada tədbirlər müxanizmi daha da təkmilləşdirilib. Belə ki, "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının rəyi mütləq şəkildə nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulur".

Qeyd edək ki, təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi