Azərbaycanda orta tibb işçilərinin sayı 56 mini keçib

Azərbaycanda orta tibb işçilərinin sayı 56 mini keçib Azalmalar səhiyyə sahəsində aparılan islahatlarla əlaqələndirilib
Sağlamlıq
5 Yanvar , 2016 15:05
Azərbaycanda orta tibb işçilərinin sayı 56 mini keçib

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən ilin birinci yarısına olan statistikaya əsasən, Azərbaycanda orta tibb işçilərinin sayı 56 mini keçib. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən illərlə müqayisədə tibb işçilərinin sayında keçən il azalma müşahidə edilib.

Belə ki, 2015-ci ildə ölkə üzrə orta tibb işçilərinin sayı 56 148 nəfər idisə, bu rəqəm on il bundan əvvəl (2005-ci il) 59 746 nəfər olub. Eyni zamanda, bu göstərici 2014-cü ildə isə 56 941 olub.

Bundan başqa, ötən il üçün qeydə alınan 56 148 nəfər orta tibb işçisindən 39 037-si tibb bacısı, 5 009-u akuşer, 3 403-ü feldşerdir.

Azalmalar səhiyyə sahəsində aparılan islahatlarla əlaqələndirilib. 

Son xəbərlər

Orphus sistemi