Yuxarı

Baş onkoloq: “Azərbaycanda onkoloji xəstələrin 70-80 faizi xəstəliyin üçüncü, dördüncü mərhələsində həkimə müraciət edirlər”

“Xəstələr birinci və ikinci mərhələdə həkimə müraciət edərsə, xəstəliklə mübarizə aparmaq mümkündür”

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda I Türkiyə-Azərbaycan Onkologiya Günləri başlayıb. “Report”un xəbərinə görə, konfransın keçirilməsində məqsəd iki ölkə arasında onkoloji sahədə əlaqələri daha da genişləndirmək və elmi tədqiqat müqavilələrinin bağlanılmasıdır.

Tədbirdə çıxış edən Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirib ki, məqsəd türkdilli ölkə onkoloqlarını bir araya gətirməkdir: “Həmçinin ikitərəfli əməkdaşlıq təcrübəsindən yararlanmaq qarşıda duran vəzifələrdən biridir. Bütün bu məsələlər bugünkü tədbirdə müqavilələrin imzalanması ilə öz həllini tapacaq. Konfransda onkoloji xəstəliklərlə əlaqədar diaqnozun və müalicə taktikasının düzgün seçilməsi əsas müzakirə mövzusu olacaq”.

Baş onkoloq onu da qeyd edib ki, tək Azərbaycanda deyil, dünyanın başqa ölkələrində də onkoloji xəstələrin 70-80 faizi xəstəliyin üçüncü, dördüncü mərhələsində həkimə müraciət edirlər: “Lakin xəstələr xəstəliyin birinci və ikinci mərhələsində həkimə müraciət edərsə, xəstəliklə mübarizə aparmaq mümkündür”.

Xatırladaq ki, konfransda iştirak etmək üçün Türkiyədən 45 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi