Azərbaycanda nikaha daxil olmaq istəyən 5­5 nəfərdə QİCS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyən 5­5 nəfərdə QİCS aşkarlanıb 2015-ci ilin ­iyun ayının 1-dən bu ilin fevral ayına ­kimi nikaha daxil olmaq üçün 94 400 nəfə­r qan müayinəsindən keçib
Sağlamlıq
24 Fevral , 2016 13:05
Azərbaycanda nikaha daxil olmaq istəyən 5­5 nəfərdə QİCS aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda nikaha daxil olmaq istəyən 5 780 nəfərdə talassemiya daşıyıcılığı, 5­5 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəst­əliyi aşkar edilib. 

"Report" xəbər verir ki, bunu ­ B.Eyvazov adına Elmi-Tədqiqat Hematolog­iya və Transfuziologiya İnstitutunun dir­ektoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci ilin ­iyun ayının 1-dən bu ilin fevral ayına ­kimi nikaha daxil olmaq üçün 94 400 nəfə­r qan müayinəsindən keçib: "Onlardan 5780­ nəfərdə talassemiya daşıyıcılığı, 55 nə­fərdə QİCS, 267 nəfərdə sifilis xəstəliy­i aşkar edilib. Talassemiya daşıyıcılığı aşkarlananlar a­rasında 45 cütlük aşkar edilib. Onlardan­ 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş­ cütlükdə isə hamiləlik müşahidə edilib.­ Onlardan ikisində bətn daxili diaqnostik­a məqsədilə punktat götürülərək müayinəyə ­göndərilib".

Son xəbərlər

Orphus sistemi