Azərbaycanda ilk dəfə yeni doğulan körpənin göbəkbağından kök hüceyrələri götürülüb

Azərbaycanda ilk dəfə yeni doğulan körpənin göbəkbağından kök hüceyrələri götürülüb Əməliyyat xeyriyyə aksiyası kimi keçirilib
Sağlamlıq
4 Mart , 2016 11:46
Azərbaycanda ilk dəfə yeni doğulan körpənin göbəkbağından kök hüceyrələri götürülüb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda ilk dəfə yeni doğulan körpənin göbəkbağından ciftin ayrılmasından əvvəl kök hüceyrələri götürülüb. 

"Report" klinikanın məlumatına istinadən xəbər verir ki, əməliyyat Talassemiya Mərkəzi və Leyla Şıxlinskaya klinikasının əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Uşaq qeysəriyyə əməliyyatı ilə doğulub. 

Məlumata əsasən, həmin kök hüceyrələri yeni doğulan körpənin leykozdan əziyyət çəkən böyük bacısının müalicəsində istifadə olunacaq. Əməliyyat həkimlər və klinika tərəfindən xeyriyyə aksiyası kimi keçirilib.

Son xəbərlər

Orphus sistemi