Yuxarı

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.

Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli AbbasəliyevŞahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.

Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.

Qeyd edək ki, dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi