Bakı. 21 dekabr. REPORT.AZ/ “Azərbaycanda il ərzində 1000-ə yaxın anadangəlmə qüsuru olan uşaq ambulator şəraitdə müalicə olunur. Onlardan 150-200-ün üzərində əməliyyat aparılır”.
“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq Ortopediyası şöbəsinin rəhbəri Elşən Məhərrəmov deyib.
O bildirib ki, uşaqlarda daha çox anadangəlmə çıxıq problemləri yaşanır.