Azərbaycanda iki nəfərdə paraqrip, bir nəfərdə adenovirusu aşkarlanıb

Azərbaycanda iki nəfərdə paraqrip, bir nəfərdə adenovirusu aşkarlanıb Bakı. 6 dekabr. REPORT.AZ/ “Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub”.
Sağlamlıq
6 Dekabr , 2017 14:47
Azərbaycanda iki nəfərdə paraqrip, bir nəfərdə adenovirusu aşkarlanıb
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ “Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub”.

Bunu “Report”a açıqlamasında stansiyanın direktor müavini Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib: “Sadəcə qripə bənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirusu aşkar olunub. Bunlar qrip sayılmır, sadəcə simptomlar oxşar olur. Yəni yüksək hərarət, boğaz ağrısı, öskürək, ürək bulanma, halsızlıq, nadir hallarda qusma da olur”.

R.İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb: “Xəstələrin adətən həkimə müraciət etməməsi nəticəsində qripin ağırlaşmaları baş verir ki, bu da müxtəlif fəsadlara səbəb olur. Xəstə aşkar olunan kimi dərhal həkimə müraciət edərək onun təyin etdiyi dərmanlarla müalicə olunsun”.

Son xəbərlər

Orphus sistemi