Azərbaycanda iki baş həkim cəzalandırılıb

Azərbaycanda iki baş həkim cəzalandırılıb Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoruna isə xəbərdarlıq edilib
Sağlamlıq
6 Aprel , 2015 13:44
Azərbaycanda iki baş həkim cəzalandırılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda iki baş həkim cəzalandırılıb. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad edilib, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoruna xəbərdarlıq edilib.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi