Yuxarı

Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir

Aprelin 20-dən 25-dək bir sıra tədbirlər gerçəkləşdiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir. “Report” xəbər verir ki, İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda aprelin 20-dən 25-dək bir sıra tədbirlər gerçəkləşdiriləcək.

Belə ki, qızılca və məxmərək peyvəndini almamış əksər yaşli əhalinin bu xəstəliklərə qarşı immunlaşdırılması- QM (qızılca və məxmərək əleyhinə) peyvənd rayonlarda, rayon mərkəzi xəstaxanasının poliklinika şöbəsinə, şəhərlərdə isə böyüklər üçün poliklinikalara paylanılıb və peyvənd olunmaq üçün məhz bu müəssisələrə müraciət etmək lazımdır.

Poliomielitə qarşı İnaktivləşdirilmiş peyvəndinin (IPV) tətbiqinə hazırlıq işləri görüləcək, Bakı, Gəncə və Şəki şəhərlərində konfranslar keçiriləcək, tibb işçiləri üçün təlimat hazırlanacaq və təlimlər aparılacaq. 

İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək.

Qeyd edək ki, bu il Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq.

Xatırladaq ki, 2007-ci ildən başlayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmək təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi