Azərbaycanda İİV-lə bağlı keçirilən Avropa Həftəliyinin yekun nəticələri açıqlanıb

Azərbaycanda İİV-lə bağlı keçirilən Avropa Həftəliyinin yekun nəticələri açıqlanıb Testdən keçən 2 587 nəfərdən ikisində İİV infeksiyası aşkar olunub
Sağlamlıq
21 Dekabr , 2015 20:53
Azərbaycanda İİV-lə bağlı keçirilən Avropa Həftəliyinin yekun nəticələri açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Noyabrın 20-dən dekabrın 1-nə kimi Azərbaycanda İİV-lə (İnsanın İmmun çatışmazlığı Virusu) bağlı keçirilən Avropa Həftəliyinin yekun nəticələri açıqlanıb. Bu barədə "Report"a məlumat verən Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Ceyhun Nəcəfov bildirib ki, 10 artıq şəhər və rayonda keçirilən tədbir zamanı 2 587 nəfər testdən keçib.

Mərkəz rəsmisinin sözlərinə görə, həmin insanlardan yalnız 2 nəfərində İİV infeksiyası aşkar olunub ki, onların hər ikisi gəncdir. 

O bildirib ki, əsas məqsəd erkən yoluxmanı aşkar etməkdir. 

Xatırladaq ki, müayinələr əsasən dövlət və özəl təşkilatlarda, eləcə də bir neçə ali təhsil müəssisələrində keçirilib.

Qeyd edək ki, İİV-lə bağlı keçirilən Avropa Həftəliyi Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi baş tutub. 

Son xəbərlər

Orphus sistemi