Azərbaycanda İİV-in müalicəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir

Azərbaycanda İİV-in müalicəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir Bu ilin sonunadək Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axırına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.
Sağlamlıq
2 Dekabr , 2019 13:24
Azərbaycanda İİV-in müalicəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir

"Bu ilin sonunadək Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axırına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq".

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, Avropa regionunda olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir: "Qərbdə QİÇS halları azalır, amma şərqdə yoluxmada sabitləşmə müşahidə edilir. İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş “90-90-90” hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi”. Mütəxəssis bildirib ki, hazırda virus yükünün azalması, təxminən, 73 faizə çatıb: “Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq". 

Son xəbərlər

Orphus sistemi