Yuxarı

Gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyinə görə cəzalandırılan şəxslərin sayı açıqlanıb

576 müəssisənin sahibi inzibati qaydada cərimə olunub, 42 iş hüquq-mühafizə orqanlarına göndərilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 576 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. 

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, doqquz ayda 128 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 76 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 42 iş hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu müddət ərzində 2 353 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan 18-nin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 1 959 nümunədən 8-də mənfi nəticə əldə edilib".

İ.Abdullayevin sözlərinə görə, soyuq qəlyanaltıdan 63 nümunə götürülüb və mənfi nəticə qeydə alınmayıb: "Şadlıq evlərindən 7 242 yaxma nümunəsi götürülüb ki, bunlarda 56 mikrobioloji çirklənmə aşkar olunub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi