Azərbaycanda gənc qızın üzərində ağır əməliyyat keçirilib, traxeya stenozu tamamilə ləğv edilib

Azərbaycanda gənc qızın üzərində ağır əməliyyat keçirilib, traxeya stenozu tamamilə ləğv edilib Xəstəyə əməliyyat sonrası müalicə məqsədilə antibiotikoterapiya və inhalyasiya təyin olunub
Sağlamlıq
8 Fevral , 2016 13:32
Azərbaycanda gənc qızın üzərində ağır əməliyyat keçirilib, traxeya stenozu tamamilə ləğv edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasına traxeyanın yuxarı 1/3 hissəsinin daralması (stenozu) diaqnozu ilə müraciət edən 26 yaşlı qız üzərində cərrahiyyə əməliyyatı keçirilib. Bu barədə "Report"a ATU-dan məlumat verilib. 

Tədris-Cərrahiyyə Klinikasınının torakal cərrahı Arif Ağayevin sözlərinə görə, xəstə 5 ildən çox traxeyanın yuxarı 1/3 hissəsinin stenozu diaqnozu ilə müxtəlif klinikalarda müalicə alıb: "Xəstə İranda və digər xarici ölkələrdə müayinələrdən keçib və onda traxeyanın yuxarı 1/3 hissəsinin stenozu diaqnozu quyulub və aparılan müalicə tədbirləri effekt verməyib. Bu xəstəliyin müayinəsi zamanı endoskopiya- bronxoskopiya, boyun nahiyyəsinin və döş qəfəsinin kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə olunur. 

Xəstə bizim klinikamıza müraciət etdikdə onu bir sıra müayinələrdən keçirdik. Nəticədə traxeyanın II dərəcəli stenozu diaqnozu təsdiqləndi. Cərrahiyyə əməliyyatından öncə xəstə üzərində minimal invaziv əməliyyat aparıldı. Digər klinikalarda xəstəyə anastomoz qoyulması, böyük boyun əməliyyatı, həmçinin lazer cərrahiyyəsi təklif olunub. Bu əməliyyat baha başa gəlir. Xəstəyə deyilib ki, Türkiyədən mütəxəssis gəlib əməliyyatı icra edəcək. Amma xəstənin buna maddi imkanı çatmadığı üçün bizim klinikaya müraciət edib.

Biz də müayinə və analizlərdən sonra xəstə üzərində kiçik sayılan, lakin texniki ağır olan bir cərrahiyyə əməliyyatı həyata keçirdik. Əməliyyatı endoskopist torakal cərrah və anestezioloqlardan ibarət həkim briqadası icra etdi. Xəstəni saat 12:00-da qəbul etdik, 2-3 saat əməliyyata hazırlıq prosesi oldu. Axşam 18:00 radələrində artıq xəstə evə buraxıldı".

A.Agayevin sözlərinə görə, ümumi anesteziya vasitəsilə 1 saat 20 dəqiqə müddətində həyata keçirilən cərrahiyyə əməliyyatı zamanı traxeya stenozu tamamilə ləğv olunub: "Əməliyyat nəticəsində tənəffüs yollarının keçiriciliyi bərpa edilib. Stenoz ləğv olunduqdan sonra kiçik ölçülü fibrobronxoskop vasitəsilə bronx yollarına daxil olduq və bronxo-alveolyar mənfəz sanasiya edildi. Traxeya və nəfəs yolları divarından çoxsaylı biopsiyalar alındı. Xəstəyə əməliyyat sonrası müalicə məqsədilə antibiotikoterapiya və inhalyasiya təyin edilib. Xəstə bir həftədən sonra kontrol müayinədən keçəcək".

Son xəbərlər

Orphus sistemi